Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

“Gültəkin Əsgərova” təchizat-yedək gəmisinin əsaslı təmiri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Gültəkin Əsgərova” təchizat-yedək gəmisinin əsaslı təmiri yekunlaşıb. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılıb.

Təmir müddətində baş və köməkçi mühərriklər, buxar qazanı, braşpil, şpil qurğusu, yağ və su soyuducuları, hava balonlarının armaturları, müxtəlif təyinatlı nasoslar, separatorlar, kompressorlar, köməkçi mühərriklərin generatorları, elektrik mühərrikləri və  boru sistemləri təmir olunub. Eyni zamanda, avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib.

Heyətin yaşayış otaqlarında yeni mebellər quraşdırılıb, sanitar qovşaqlarda  və yeməkxanalarda lazımi təmir işləri aparılıb, su keçirməyən qapılar, illüminatorlar, ventilyasiya qapaqları təmir edilib.

Su altı hissəsinin texniki vəziyətini yoxlamaq məqsədilə gəmi tərsanəyə qaldırılıb və dib-yan armaturlarının, protektor qurğularının təmiri işləri aparılıb, gəminin sualtı və suüstü hissələrində zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki bortda qoruyucu-təkərlər yenilənib.

Gəminin dəniz sınağıı işləri uğurla başa çatıb.

“Gültəkin Əsgərova” gəmisi ASCO-nun digər təchizat-yedək gəmiləri kimi dənizdəki neft-qazçıxarma obyektlərinin təchizatında, bilavasitə ağır konstruksiyaların, qazma qurğuların yedəklənməsində, lövbərlərin daşınmasında  iştirak edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır