Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

"Scarlet Lady" kruiz gəmisi ilk səfərinə hazırlaşır

“Virgin Voyages Group” İtaliyanın “Fincantieri” gəmiqayırma zavodunda inşa etdirdiyi ilk kruiz gəmisini təhvil alıb.  

"Seanews.az" xəbər verir ki, şirkət dənizlərdə qadınların daha çox işləməsini dəstəkləmək üçün gəmiyə “Scarlet Lady” adı verib.

“Scarlet Lady” gələn ay Mayamiyə doğru ilk səfərinə çıxacaq. 

Uzunluğu 278, eni 38 metrlik yeni gəmi 1160 nəfər heyət üzvü və 2770-dən çox sərnişin qəbul etmək imkanına malik olacaq.

Gəmidə plastik qabların istifadəsinə icazə verilməyəcək. Bunun yerinə yenidən istifadəsi mümkün olan əşyalar işlədiləcək.

“Virgin Voyages Group”un bu gəmisi yanacaq sərfiyyatını azaldan texnologiya sayılan Climeonu istifadə edən ilk kruiz gəmisi olacaq.  

Qeyd edək ki, şirkət eyni tipli daha üç gəmi inşa etdirir. Bu gəmilərdən biri – “Valiant Lady” 2021-ci ildə təhvil veriləcək, adları hələ məlum olmayan üçüncü və dördüncü gəmilərin tikintisi isə müvafiq olaraq 2022 və 2023-cü illərdə başa çatacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır