"Pan Ocean" nəqliyyat şirkəti “Daewoo”-ya gəmi sifarişi verib
Cənubi Koreyaya məxsus “Daewoo” gəmiqayırma şirkəti “Pan Ocean” nəqliyyat şirkətindən xam neft tankerinin tikintisi ilə bağlı sifariş alıb.
“Seanews.az” xəbər verir ki, tanker 335 metr uzunluğa, 60 metr enə malik olacaq.
“Daewoo” yeni gəmini IMO-nun 2020-ci il tələblərinə uyğun şəkildə təmin edəcək.
Tanker 2021-ci ilin üçünü rübündə təhvil veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır