Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

niz Adminstrasiyası Avropa Dəniz Dəhlükəsizliyi Agentliyi ilə birgə layihəyə başla

Azərbaycan Dövlət Dəniz Adminstrasiyası və Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri  görüşüb.  Görüş “Qara dəniz və Xəzər dənizi regionunda dəniz üzgüçülüyünün təhlükəsizliyi, əmniyyətli idarəetmə və dəniz mühitinin mühafizəsi” layihəsi çərçivəsində müəyyən edilən sahələr üzrə Azərbaycan Respublikasının dəniz üzgüçülüyünün inkişafının təmini və mövcud boşluqların aradan qaldırılması ilə əlaqədar qarşılıqlı razılaşdırılmış fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə keçirilib.  Layihəyə əsasən Xəzər dənizi və Qara dəniz sahilyanı ölkələrinə texniki yardım və dəstək göstəriləcək. Milli, Avropa və beynəlxalq tərəfdaşların iştirakı ilə dəniz üzgüçülüyünün təhlükəsizliyi, əmniyyətli idarəetmə və dəniz mühitinin mühafizəsi standartları yüksəldiləcək. Dövlət Dəniz Administrasiyasının nümayəndələri bildiriblər ki, iqtisadiyyatın bütün sahələri kimi dəniz nəqliyyatı sahəsinin inkişafı da Prezident cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Hazırda dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradılıb.  Görüş zamanı Dövlət Dəniz Administrasiyasının fəaliyyəti, vəzifə və səlahiyyətləri, eyni zamanda aidiyyəti dövlət orqanlar ilə qarşılıqlı fəaliyyəti barədə təqdimat  keçirilib. Təqdimat zamanı Agentlik nümayəndələrinin beynəlxalq konvensiyaların tətbiqi və beynəlxalq hüquqi normaların milli qanunvericilikdə mövqeyi barəsində verilən sualları ətraflı cavablandırılıb. Azərbaycan Respublikasının dəniz üzgüçülüyünün təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində formalaşdırılmış normativ hüquqi bazasının Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarının tələblərinə və Avropa standartlarına uyğunluğu barədə qonaqlara məlumat verilib. Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu tərəfindən 28 may-06 iyun tarixlərində Dövlət Dəniz Admnistrasiyasında həyata keçirilən audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə əsasən Respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutması münasibəti ilə təbriklərini çatdıran Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri Dövlət Dəniz Administrasiyasının beynəlxalq standartlarına uyğun fəaliyyətini müsbət dəyərləndiriblər. Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində mövcud təcrübəsi və Dövlət Dəniz Administrasiyasının məlum uğurlarını xüsusi vurğulayan Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri bu fəaliyyətin Dəniz Administrasiyalarını formalaşdırmaqda olan ölkələlər üçün örnək ola biləcəyini qeyd ediblər. Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunmuş mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Görüşün sonunda Administrasiyanın fəaliyyətinin daha da effektiv formada həyata keçirilməsi üçün müvafiq sahələrdə Agentlik tərəfindən treninq və seminarların həyata keçirilməsi barədə razılıq əldə edilib


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır