Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Pax-ın tikintisi davam edir-V

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin ötən ilin oktyabrında sifariş etdiyi 2 ədəd unikal Ro-Pax tipli gəmi-bərənin tikintisi davam edir. Hazırda Bakı Gəmiqayırma Zavodunda polad lövhələr əvvəlcə kəsilir, daha sonra onların üzərində sərtləşdirmə işləri görülür. Həmçinin lövhələr cihaz vasitəsi ilə əyilir. Daha sonra blokların hazırlanma mərhələsinə start verilir. İşə peşəkarlar cəlb olunduğundan gəminin tikintisi yüksək keyfiyyətlə həyata keçirilir. Qeyd edək ki, tikilməkdə olan gəmilərin  konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə birgə hazırlanıb. Əvvəllər bu tip gəmi-bərələr xaricdə tikilirdi və onların Volqa-Don kanalından Azərbaycan ərazisinə maneəsiz daxil ola bilməsi üçün eni, uzunluğu, hündürlüyü qısaldılırdı. Nəticədə isə sahə itkisinə yol verildiyindən yükdaşımaların həcmi azalırdı. İşin Bakı Gəmiqayırma Zavodunda həyata keçirilməsi sözügedən problemləri aradan qaldıracaq. Belə ki, unikal dizayna malik gəmilər texniki göstəricilərinə görə geniş imkanlara malik olacaq. Bu konsepsiya Xəzərdə mövcud vəziyyət, Gəmiçiliyin vaqon, TIR və sərnişin daşımaları üzrə tələbatı və gözləntiləri nəzərə alınmaqla ən optimal variant hesab olunur. Yeni Ro-Pax/Bərə tipli gəmi ümumilikdə 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını tutumuna malik olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır