• Bakı, 2022-05-17,
Seanews
Heyder Eliyev

“Babur” İstanbulda, “Badr” Kəraçidə inşa olunur

Pakistan Hərbi Dəniz Qüvvələri üçün dörd gəmi inşa edilir.

“Seanews.az”-ın əldə etdiyi məlumata görə, “PN Milgem” layihəsi çərçivəsində gəmilərdən ikisi İstanbul Gəmiqayırma Zavodunda, ikisi isə Pakistanın ən qədim gəmiqayırma müəssisəsi olan “KS&EW” zavodunda  (“Karachi Shipyard & Engineering Works”) tikilir. Layihənin ilk gəmisi olan “Babur” 2021-ci il avqustun 15-də  suya endirilib.

“Xeybər” adlı ikinci gəminin təməli 2021-ci il aprelin 30-da  qoyulub. Hazırda  İstanbul Gəmiqayırma Zavodunda inşası davam etdirilir.

Kəraçi gəmiqayırma zavodunda tikilən “Badr” adlı üçüncü gəminin təməli 2020-ci il oktyabrın 25-də qoyulub. Tezliklə suya salınacaq.
Sayca dördüncü olan “Tariq” gəmisi Karaçi Gəmiqayırma Zavodunda 2021-ci il noyabrın 5-də suya salınıb və tikintisi davam etdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır