Cənubi Koreya gəmiqayırmada liderliyi əldən verib
2022-ci ilin aprelində dünyada gəmiqayırmanın həcmi 2,51 milyon CGT (71 gəmi) təşkil edib. Bu da cari ilin mart ayı ilə müqayisədə 36% azdır.
“Seanews.az” xəbər verir ki, Cənubi Koreyada gəmiqayırma həcmi 820 min CGT (16 gəmi), Çində isə 1,54 milyon CGT (45 gəmi) təşkil edib. (CGT - registr ton - 100 kub fut-a bərabər həcm vahidi, yəni 2,83 m³. Gəmiçilikdə tonajı qiymətləndirmək üçün istifadə olunur).
Qeyd edək ki, birinci rübün nəticələrinə görə Cənubi Koreya dünya gəmiqayırma bazarında lider olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır