Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

“CMES” ilk sərt yelkənli supertankerini təhvil alıb

Şanxayın “China Merchants Energy Shipping Co. Ltd.” (“CMES”) gəmiçilik şirkəti ekoloji cəhətdən təmiz ilk VLCC neft tankeri  “New Aden”-i təhvil alıb.  

“Seanews.az”-ın məlumatına görə, supertankerin özəlliyi ondan ibarətdir ki, o, istismar zamanı yanacağa qənaəti təmin edən digər texnoloji həllərlə yanaşı, dörd sərt yelkəndən köməkçi hərəkət aqreqatı kimi istifadə edən ilk gəmidir.

 “New Aden” tankeri Çinin “Dalian Shipbuilding Industry Company”  (“DSIC”) tərəfindən inşa edilən 100-cü neft tankeridir. Bu ad ona 150 il əvvəl dənizə buraxılan donanmanın ilk gəmisinin şərəfinə verilib.

Yeni tankerin uzunluğu 332,8 metr, dedveyti 300 min tondur. O, “Guangwei Composite Materials” tərəfindən karbon lifindən hazırlanmış dörd sərt yelkən sistemi ilə təchiz edilmişdir. Hər bir belə yelkənin hündürlüyü təxminən 39,6 metr və səth sahəsi 13 min kvadratmetrdir. Yelkənlər tam avtomatik sistem tərəfindən qaldırılır və fırlanır.

Gəmi Yaxın və Uzaq Şərq arasında enerji resurslarının daşınması üçün nəzərdə tutulub. Gəminin yaradıcılarının fikrincə, onun istismarı illik yanacağa 9,8% qənaət etməyə və 2,9 min tondan çox karbon emissiyasını azaltmağa imkan verəcək. Gəmi həmçinin kükürd və azot oksidi emissiyalarını azaltmaq üçün ən son texnologiya ilə təchiz olunub.

2007-ci ildən “CMES” ilə əməkdaşlıq edən “DSIC” gəmiqayırma zavodu artıq Şanxay gəmiçilik şirkəti üçün ümumi dedveyti təxminən 9 milyon ton olan 30-dan çox iri tonajlı gəmi tikib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır