Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Hamina-Kotka limanının yük dövriyyəsi azalıb

2024-cü ilin yanvar-aprel aylarında Finlandiyanın  Hamina-Kotka limanının yük dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,4% azalaraq 4,04 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, ixrac üçün yüklərin aşırılması 20,3% azalaraq 2,66 milyon tona, o cümlədən maye yüklərin aşırılması  63,9% azalaraq 44,9 min tona düşüb.

İdxal olunan yüklərin aşırılması 28,6% azalaraq 1,38 milyon ton olub. 362,77 min ton maye yüklər işlənib ki, bu da 6,9% artım deməkdir.

Tranzit daşıma 20,6% azalaraq 846,96 min tona, kabotaj yüklərinin işlənməsi 72,1% azalaraq 24,64 min tona düşüb.

Limanın konteyner dövriyyəsi 18,5% azalaraq 171,22 min TEU təşkil edib.

Hesabat dövründə limana  22,2% az, cəmi 641 gəmi yan alıb.

Qeyd edək ki, 2023-cü ildə limanda 14,12 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır