Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Helsinki limanında 5,85 milyon ton yük aşırılıb

2024-cü ilin yanvar-may aylarında Helsinki limanının yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azalaraq 5,85 milyon ton təşkil edib. O cümlədən qablaşdırılmış yüklərin aşırılması 4,9% artaraq 5,13 milyon ton, balker yüklərin işlənməsi 14,1% azalaraq 483,45 min ton olub.

“Seanews.az” xəbər verir ki, Liman administrasiyasının məlumatında belə deyilir.

Hesabat dövründə limanın konteyner dövriyyəsi 0,5% artaraq 176,88 min TEU-ya, texnikanın aşırılması 4,6% artaraq 288,79 min vahidə çatıb.

Beş ayda limana 2915 gəmi yan alıb ki, bu da proqnozlaşdırıldığından 3% azdır.

Dəniz marşrutları üzrə sərnişin daşınması 2,4% artaraq 3,13 milyon nəfərə çatıb.

Qeyd edək ki, Helsinki limanının yük dövriyyəsi keçən il 2022-ci illə müqayisədə 8,2% azalaraq 13,94 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır