Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Çinin dəniz və çay limanlarının ümumi yük dövriyyəsi 8,56 milyard tona çatıb

2024-cü ilin yanvar-iyun aylarında Çin limanlarında aşırılan konteynerlərin həcmi 161,8 milyon TEU olub ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 8,5% çoxdur.  

“Seanews.az” xəbər verir ki, hesabat dövründə Şanxay limanının konteyner ötürmə qabiliyyəti illik müqayisədə 7,5% artaraq 25,5 milyon TEU, Ninbo Çjouşan limanının konteyner ötürmə qabiliyyəti isə 8,4% artaraq 19,1 milyon TEU təşkil edib.

2024-cü ilin yanvar-iyun aylarında Honkonq limanının konteyner dövriyyəsi 5,4% azalaraq 6,74 milyon TEU-ya, o cümlədən limanın ən böyük konteyner terminalı “Kwai Tsing” vasitəsilə aşırılma 6% azalaraq  5,19 milyon TEU-ya düşüb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Çinin dəniz və çay  limanlarının ümumi yük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 8,56 milyard tona çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır