Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

“FESCO” Vyetnam və Malayziya arasında müntəzəm dəniz xəttini işə salıb

“FESCO” nəqliyyat qrupu (“Rosatom” dövlət korporasiyasının nəzarəti altında olan müəssisə) Vyetnamdan Malayziyaya və əks istiqamətdə müntəzəm “FESCO Intra Asia Service” (“FIAS”) xəttini işə salıb. Bu, şirkətin demək olar ki, 20 il ərzində Rusiya limanlarına yan almadan ilk dəniz xidmətidir.

“Seanews.az” xəbər verir ki, ona “FESCO”-nun 400 TEU tutumlu konteyner gəmisi xidmət göstərəcək.

Xətt Vyetnamın Hoşimin limanını Malayziyanın Klanq limanı ilə birləşdirəcək. Daşımalar həftədə bir dəfə həyata keçiriləcək, limanlar arasında tranzit müddəti üç gün olacaq. Konteyner gəmisi Klanq limanına ilk dəfə avqustun 17-də yan alacaq və onun Hoşimin şəhərinə təxmini gəlişi avqustun 22-nə nəzərdə tutulub. “FİAS” yük daşımalarının əsas hissəsinin kimya məhsulları, kənd təsərrüfatı yükləri, qida məhsulları, yüngül sənaye mallarından ibarət olacağı gözlənilir.

“FIAS” xidməti sayəsində biz “FESCO” üçün prinsipial olaraq yeni bazara daxil oluruq və nəinki Cənub-Şərqi Asiyada mövcudluğumuzu gücləndirə, həm də qrupun Vyetnam və Vladivostok arasında mövcud olan xəttinin inkişafına əlavə təkan verə biləcəyik. Bundan əlavə, biz Klanq limanından Hindistan, Sinqapur, Banqladeş və regionun digər ölkələrindən həm Vyetnama, həm də Rusiyaya tranzit yüklərin göndərilməsi üçün əlavə mərkəz kimi istifadə etməyi planlaşdırırıq”, - deyə “FESCO”-nun logistika üzrə vitse-prezident German Maslov bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır