Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-29,
Seanews
Heyder Eliyev

Şanxay limanında 488,72 milyon ton yük aşırılıb

2024-cü ilin yanvar-oktyabr aylarında Çinin Şanxay limanında 488,72 milyon ton yük aşırılıb.

“Seanews.az” xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur.

Hesabat dövründə konteyner dövriyyəsi 7,6% artaraq 43,26 milyon TEU-ya çatıb.

Oktyabr ayında isə limanda 46,29 milyon ton yük (2023-cü ilin oktyabr ayı ilə müqayisədə +1%), 4,15 milyon TEU (+3,8%) konteyner aşırılıb.

Xatırladaq ki, Şanxay limanı Çinin dərin su limanıdır. 2023-cü ildə limanın yük dövriyyəsi 563,5 milyon ton, konteyner dövriyyəsi 49,1 milyon TEU olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır