Honkonq limanının konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 5% azalıb
2024-cü ilin yanvar-noyabr aylarında Çinin Honkonq limanının konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 5% azalaraq 12,5 milyon TEU təşkil edib.
“Seanews.az” xəbər verir ki, Honkonqun ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə aşırılma 6,5% azalaraq 9,5 milyon TEU-ya düşüb.
Limanın qalan terminalları ilə 3 milyon TEU aşırılıb. Artım 0,1% olub.
Dünyanın iri limanlarından biri olan Honkonqun ötürmə qabiliyyəti ildə 456 min gəmi təşkil edir.
Limanın konteyner dövriyyəsi 2023-cü ildə 14% azalaraq 14,3 milyon TEU olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır