Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-25,
Seanews
Heyder Eliyev

Pandemiyanın konteyner daşımalarında davam edən təsirləri xətt tutumunu dəyişdirir

Konteyner daşımaları sektoru pandemiyanın uzunmüddətli fəsadlarını ("long covid") yaşamağa davam edir. Danimarkanın "Sea-Intelligence" konsaltinq şirkətinin yeni hesabatına görə, gəmilərin qrafikə riayət etməməsi qlobal yükötürmə qabiliyyətinin itirilməsində yeni və daha yüksək bir "normallıq" səviyyəsi yaradıb.

"Seanews.az" xəbər verir ki, əgər pandemiya öncəsi dövrdə (2011-2019) gəmi gecikmələri orta hesabla 3-4 gün çəkirdisə, hazırda bu göstərici 4,5–5,5 günə yüksəlib. Eyni zamanda bazarın etibarlılıq dərəcəsi əvvəlki 70-80% səviyyəsindən enərək 50-65% aralığında qərarlaşıb.

Bu gecikmələr nəticəsində qlobal gəmiçilik potensialının (tutumunun) təxminən 5,3%-i daimi olaraq "sorulur" və ya istifadədən kənarda qalır ki, bu da pandemiya öncəsi göstəricidən (2,2%) iki-üç dəfə çoxdur. Ekspertlərin fikrincə, bu vəziyyət qlobal donanmanın təxminən 1 milyon TEU-dan çox tutuma malik olan Cənubi Koreyanın nəhəng "HMM" şirkətinin bütün donanması qədər bir həcminin bazardan itməsi deməkdir.

Bu, daşıyıcı şirkətlər üçün gözlənilməz bir "üstünlük" hesab olunur. Belə ki, gəmi çatışmazlığı süni şəkildə artan təklif bolluğunun qarşısını alır və bazarda tarazlığı qorumağa kömək edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır