Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-09-29,
Seanews
Heyder Eliyev

Yağıntılar Panama kanalında gəmi keçidlərinin artırılmasına imkan yaradıb

Panama Kanalı İdarəsi yağıntıların artması və suya qənaət tədbirləri nəticəsində kanalda gəmi keçidlərinə tətbiq olunan bəzi məhdudiyyətləri yumşaldıb.

“Seanews.az” xəbər verir ki, “Neopanamax” şlüzlərindən keçən gəmilər üçün icazə verilən maksimal suyaoturma dərinliyi dərhal 48 futdan (14,63 metr) 49 futa (14,94 metr) artırılıb. Oktyabrın 15-dən etibarən isə gündəlik “Neopanamax” keçidlərinin sayı 9-dan 10-a çatdırılacaq. Bununla kanalda “Panamax” və “Neopanamax” şlüzləri üzrə ümumi gündəlik keçid sayı 33-ə yüksələcək.

Qərar yağıntıların tarixi orta göstəricilərə yaxın olması və şlüzlərdə suya qənaət tədbirlərinin gücləndirilməsi fonunda qəbul edilib. Bununla belə, Kanal İdarəsi hövzədə hələ də su çatışmazlığının olduğunu bildirib.

Panama kanalı 2023–2024-cü illərdəki şiddətli quraqlıqdan sonra şirin su sərfiyyatını azaltmaq üçün bir sıra tədbirlər həyata keçirib. Qurum yağıntıları və Qatun gölündə suyun səviyyəsini izləməyə davam edəcəyini və şəraitdən asılı olaraq məhdudiyyətlərə yenidən dəyişiklik edə biləcəyini açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır