Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-06,
Seanews
Heyder Eliyev

İraq onilliklər sonra ilk dəfə Hörmüz boğazından kənara xam neft daşıyıb

İraqın dövlətə məxsus İraq Neft Tankerləri Şirkəti (IOTC) çox böyük xam neftdaşıyan tanker (VLCC) vasitəsilə 2 milyon barrel İraq neftini Hörmüz boğazından kənara çıxarıb.

“Seanews.az” xəbər verir ki, IOTC-nin baş direktoru Əli Qeys Əbdül Cabbarın sözlərinə görə, bu, onilliklər ərzində İraq xam neftinin şirkətin özü tərəfindən Hörmüz boğazından kənara daşındığı ilk haldır.

Əvvəllər İraq nefti Bəsrə limanında alıcılara təhvil verilirdi və tankerləri onlar özləri təşkil edirdilər. Bu dəfə isə IOTC VLCC icarəyə götürərək nefti Körfəzdən kənara özü daşıyıb.

Şirkət bildirib ki, yeni yanaşma İraq Neft Marketinq Şirkətinə (SOMO) neftin satışında daha çox seçim və qiymət danışıqlarında çeviklik verə bilər. Eyni zamanda, Hörmüz boğazından öz tankerlərini keçirmək istəməyən emal müəssisələrinə çıxış imkanlarını genişləndirə bilər.

IOTC bundan sonra xam neft tankerləri almağı və donanmasını genişləndirməyi də planlaşdırır. Şirkət hesab edir ki, bu, İraq neftinin daşınma imkanlarını artıracaq və regional gəmiçilik şirkətləri ilə rəqabət qabiliyyətini gücləndirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır