Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

tnam yüklərinin Qazaxıstan vasitəsi ilə Avropaya daşınmasını ist

Vyetnam yüklərinin Qazaxıstan vasitəsi ilə Avropaya daşınmasını istəyir. Bununla bağlı Qazaxıstan Dəmir Yollarının logistika üzrə vitse-prezidenti Sanjar Yelübayev Vyetnamın ən böyük limanı olan “Saigon Newport Corporation” rəsmiləri ilə danışıqlarda iştirak edib.  Danışıqlarda Qazaxıstanla Avropa arasındakı digər nəqliyyat qovşaqlarının effektivliyi haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu nəqliyyat dəhlizi yükün çatdırılma vaxtı və təhlükəsizliyinə görə daha optimal hesab edilir. Qeyd edək ki, “Saigon Newport Corporation” Vyetnamın müdafiə nazirliyinə məxsusdur. Ölkənin cənubunda ən böyük iqtisadi şəhər olan Xoşımində yerləşir.  Tərkibində 30 şirkət var və ümumi işçilərinin sayı 6 mindir. Vyetnamın yüklərinin məhz Qazaxıstan vasitəsi ilə Avropaya daşınması  Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun da inkişafına töhfə verə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır