Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

M-nin imkanlarına dair geniş təqdimat keçir

Daşkənddə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşımaların artırılması təklifi müzakirə olunub. “Qazaxıstan Dəmir Yolları” ASC və “Aktau Beynəlxalq Ticarət Limanı” ASC-nin təşkilatçılığı ilə Daşkənddə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı  “Dəyirmi masa” təşkil olunub. Tədbirə  müvafiq ölkələrin dəmir yollarının nümayəndələri, aparıcı nəqliyyat-logistika şirkətlərinin və biznes strukturlarının əməkdaşları, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Çinin  Özbəkistanda olan diplomatik missiyaları qatılıblar. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının iştirakçıları TBNM-nin imkanlarına dair geniş  təqdimatla çıxış ediblər. Bildirilib ki, Özbəkistan  yüklərinin Xəzər dənizi limanları və Qazaxıstan üzərindən  Qara dəniz hövzəsinə və Avropaya çatdırılması  üçün bu marşrutdan alternativ kimi istifadə etmək mümkündür. Bu,  yükdaşımaların ümumi həcminin artmasına və marşrutun coğrafiyasının genişlənməsinə mühüm töhfə verəcək. “Dəyirmi masa”nın iştirakçıları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarını və daşımaların inkişafı perspektivini yüksək qiymətləndiriblər. Bundan əlavə, onlar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Beynəlxalq Assosasiyasının üzv və təsisçilərinin təklif etdiyi nəqliyat və logistika xidmətlərinin birbaşa istifadəçisinə çevrilmək niyyətində olduqlarını bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır