Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

CECA-nın Buxarestdə keçirilən iclası başa ça

Rumıniyanın paytaxtı Buxarestdə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) üzrə Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin və Milli katiblərinin iclası keçirilib.  Tədbirin açılış mərasimində çıxış edən Rumıniya Nəqliyyat Nazirliyinindövlət katibi Maria Magdalena Grigore bildirib ki, rəsmi Buxarest Avropa İttifaqına daxil olmayan ölkələrlə nəqliyyat və yükdaşımaları sahəsində əməkdaşlıqda maraqlıdır. TRACECA nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayan dövlət katibi deyib ki, bu istiqamətdə həyata keçiriləcək layihələr regionun iqtisadi inkişafına təkan verəcək. TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev  bildirib ki, iclasda TRACECA nəqliyyat dəhlizinin gələcək inkişafı, bununla əlaqədar fəaliyyət planı, strateji yol xəritələri layihələri müzakirə olunub və təkliflər hazırlanıb. Bununla yanaşı, dövlətlərin üzvlük haqqının ödənilməsi, gələcəkdə həyata keçiriləcək layihələr və onların maliyyələşdirilməsi məsələlərinə də toxunulub.  Yekunda gündəlikdə duran məsələlər üzrə tövsiyyələr qəbul edilib. Tədbir bu ilin sonunda keçiriləcək TRACECA-nın Hökumətlərarası Komissiyasının 13-cü iclasına hazırlıq xarakteri daşıyır.  Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır