əli Yıldırım: “BTQ dəmir yolu xəttinin tikintisi yekunlaşmaq üzrədi
Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi yekunlaşmaq ərəfəsindədir. Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, ilin sonunadək qatarlar dəmir yolu ilə hərəkət edəcək: “Bununla BTQ-nin mərkəzi dəhlizinin vacib hissəsinin tikintisi və “Bir kəmər-bir yol” layihəsi başa çatacaq”, deyə baş nazir bildirib. Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırımın başçılıq etdiyi hökumətin nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.Türkiyə nümayəndə heyətinin üzvləri bu gün keçiriləcək Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında iştirak edəcəklər, daha sonra Gürcüstan xarici işlər naziri Mixail Canelidze ilə görüşəcəklər.