Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

distanlı alim Azərbaycanın “Şimal-Cənub” dəhlizindəki rolundan ya

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) araşdırmalar aparan Hindistanın “Global South Development Magazine” nəşrinin tədqiqatçısı Hriday Sarmanın İİTKM-nin strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova ilə birlikdə hazırladıqları “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi: Azərbaycan yolayrıcında” adlı məqaləsi Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalında dərc edilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR-meneceri Zənurə Talıbova AZƏRTAC-a bildirib. Məqalədə qeyd edilir ki, Azərbaycanın bu layihədə iştirakı region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın coğrafi və potensial tranzit ölkə kimi imkanları nəzərə alınaraq bu istiqamətdə mövcud nəqliyyat infrastrukturunun bərpası, inkişaf etdirilməsi və yeni nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsi tədbirlərinə başlanılıb və hazırda da davam etdirilir. Məqalədə Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinə və bu çərçivədə görülən işlərə xüsusi toxunulub. Bildirilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması İran, Hindistan və Pakistan mallarının Azərbaycan üzərindən bu dəhliz vasitəsilə Avropaya daşınması imkanı yaradacaq. Bu isə öz növbəsində dünyada tərəqqiyə, regional ticarət dövriyyəsinin dəfələrlə artmasına səbəb olacaq. Xatırladaq ki, Finlandiya, Belçika, İsrail və Hindistanın bir neçə beyin mərkəzlərində araşdırmalar aparan hindistanlı tədqiqatçı Hriday Sarma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində “Şimal-Cənub Nəqliyyat Dəhlizinin İnkişafı və Azərbaycan” mövzusunda tədqiqat həyata keçirib. O, bu mövzuda bir neçə məqalə hazırlayıb. İngilis dilində hazırlanmış məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: http://www.azjess.com/en/international-north-south-transportation-corridor-azerbaijan-at-crossroads/ Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır