Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icrası sürətləndir

İranın paytaxtı Tehranda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti müzakirə olunub. Bildirilib ki, qısa zaman ərzində Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər bir xətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatıb. Həmçinin, sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir. Sonra Azərbaycan və İran Dəmir Yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı” layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov və İran Dəmir Yolunun baş direktoru S.Məhəmmədzadə imzalayıblar. Müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik  4 terminalın tikintisinin “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir. Müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır