Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

üzrə bəzi müqavilələrə dəyişiklik ed

Tbilisidə Bakı-Tbilisi-Qars  dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçirilib. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini, koordinasiya şurasının həmsədri Qeorqi Çerkezişvili olkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışıb, BTQ dəmir yolu və digər regional layihələrin münasibətlərimizin inkişafında mühüm rol oynadiğını bildirib. Azərbaycan Dəmir Yolları QSC-nin sədri, koordinasiya şurasının həmsədri Cavid Qurbanov bildirib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq. Sonra iclasda BTQ-nin Marabdadan Türkiyə sərhədinə qədər hissəsində gedən reabilitasiya, yenidənqurma və yolun tikintisi, “Marabda-Kartsaxi” dəmir yolunun 2017-ci il üçün büdcəsi, Marabda-Turkiyə dəmir yolunun yeni bərpa və yenidənqurma işləri üzrə müqaviləyə dəyişikliklərin olunması, Zalqa-Axalkalaki keçid məntəqəsinin vəziyyəti, Axalkalaki-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələlər müzakirə olunub. Həmçinin, koordinasiya şurasının 24-cü iclasının qərarlarının icrası və digər məsələlərə də baxılıb. İclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Neft Fondunun layihələr şöbəsinin müdiri Rəhim Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır