Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

var-aprel ayları ərzində TRACECA ilə yük daşımalarının həcmi 9% ar

Cari ilin  yanvar-aprelində Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 17 mln. 134,8 min ton təşkil edib. Bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 9,1% çoxdur.    Dövlət Statistika Komitəsindən verilən məlumata görə,  RACECA çərçivəsində yüklərin 4 mln. 516,1 min tonu və ya 26,4%-i dəmir yolu nəqliyyatı, 10 mln. 322,8 tonu və ya 60,2%-i avtomobil nəqliyyatı, 2 mln. 295.9 min tonu və ya 13,4%-i dəniz nəqliyyatının payına düşüb. TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 3 mln. 376,1 min tonu və ya 21,3% tranzit yüklərin payına düşüb. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir. Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır