Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

n Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlı

“Azərbaycan Dəmir Yolları” QSC-də Çinin Ningxia kommersiya departamentinin baş direktor müavini, Ningxia liman ofisinin direktoru Kong Guohuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qonaqlara Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, o cümlədən inşası bu il başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər-bir yol” strategiyasının iki istiqamətindən biri olan və qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər.  Sonra “Beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması və təşkili” məsələsi müzakirə olunub. K.Guohua  bildirib ki, ölkəsi Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlıdır. Görüş zamanı Ələtin coğrafi cəhətdən əlverişli mövqedə yerləşdiyi nəzərə alınaraq buranın Azərbaycan ərazisindən keçərək Çindən Avropaya, İrana və Rusiyaya eləcə də əks istiqamətdə dövr edən yüklərin daşınmasında mərkəz kimi istifadə olunması istiqamətində gələcək perspektivlər müzakirə olunub. Tədbirin sonunda “Azərbaycan Dəmir Yolları” QSC ilə Çinin Ningxia kommersiya departamenti arasında gələcək əməkdaşlıq haqqında protokol imzalanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır