ıda “Cənub-Qərb” nəqliyyat marşrutu ilə bağlı beştərəfli görüş keçir
Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin iştirakı ilə Bakıda “Cənub-Qərb” nəqliyyat marşrutu ilə bağlı müzakirə aparılır. Beştərəfli görüşdə Cənub-Qərb nəqliyyat marşrutunun üstünlükləri və inkişaf perspektivləri, layihənin inkişafı, bu marşrut üzrə daşınmaların həyata keçirilməsində təşkilati, texnoloji və logistika məsələlərinin həllində tərəflərin atdığı addımların əlaqələndirilməsi, marşrut üzrə katibliyin və əməliyyat-iş mərkəzinin yaradılması məsələləri müzakirə edilir. Həmçinin, “Cənub-Qərb” nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanlarının genişləndirilməsi , güzəştli tariflərin tətbiqi də görüşün əsas müzakirə mövzularındandır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır