Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

k beş ayda dəniz daşımalarının həcmi ar

Cari ilin ilk beş ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb.  Artım həm maye, həm də quru  yüklərdə qeydə alınıb. Hesabata əsasən, yanvar-may ayları ərzində tanker və bərələrlə ümumilikdə 1,553,847 ton maye yük daşınıb. Əvvəlki ildə isə bu göstərici 797,212 ton təşkil edib. Sözügedən müddətdə bərələrlə daşınan quru yüklərin çəkisi 660,871 ton olub. Bu da keçən ilin eyni  dövrü ilə müqayisədə 54,150 ton çoxdur. Hesabata görə, quru yük gəmiləri və Ro-Ro ilə daşınılan yüklərin həcmi də artıb. Belə ki, bu tip gəmilərlə beş ayda 305,006 ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 52,503 ton artıq yük deməkdir. Xatırladaq ki, Gəmiçilik daşımalar üçün online sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. Tariflər qurumun  www.acsc.az  internet saytında yerləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır