Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

rbaycan və Trans-Xəzər regionunun strateji əhəmiyyəti ABŞ Konqresi və Dünya Bankının diqqət mərkəzind

 Vaşinqtonda 2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu ABŞ-ın paytaxtında öz işini davam etdirib və bu çərçivədə ABŞ Konqresi və Dünya Bankında tədbirlər təşkil edilib. ABŞ Konqresindəki tədbiri Mərkəzi Asiya və Qafqaz İnstitutunun nümayəndəsi Mamuka Tsereteli açıb. Tədbirdə respublikaçı konqresmenlər, Nümayəndələr Palatasının Qaydalar Komitəsinin sədri Pit Seşns və Nümayəndələr Palatasının Kiçik Biznes Komitəsinin sədri Stiv Çabot, habelə ABŞ Nəqliyyat Komandanlığının Strategiya, Qabiliyyətlər, Siyasət və Logistika direktoru, kontr-admiral Laurens Cakson çıxış ediblər. Texasdan konqresmen olan respublikaçı Pit Seşns öz çıxışında ABŞ-ın region ölkələri ilə daha yaxından əməkdaşlıq etmək istəyini ifadə edib. O, region ölkələrinin əməkdaşlıq vasitəsilə birgə işlər görməsini təqdir edərək bu dövlətlərin Şərq ilə Qərb arasında daha yaxşı bazar iqtisadiyyatı yaratmasının ABŞ-ın böyük marağında olduğunu vurğulayıb. ABŞ-ın region dövlətləri ilə sabit münasibətlər qurmasını önə çəkən konqresmen, ABŞ Dövlət katibi Reks Tillersonun regionu və oranın insanlarını anladığını, habelə ABŞ və region dövlətləri arasında uzunmüddətli münasibətlərin qurulması üçün geniş əməkdaşlığın, o cümlədən iqtisadi və humanitar mübadilələrin vacibliyini bildirib. Ohayodan olan respublikaçı konqresmen Stiv Çabot ötən yayda Azərbaycana və Gürcüstana səfərini xatırladıb, bu regionun vacibliyinə diqqəti çəkib. Trans-Xəzər dəhlizi ölkələrinin bir araya gələrək sözügedən Forumu təşkil etməsinin əlamətdar hadisə olduğunu və ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. O, dünya okeanına birbaşa çıxışı olmayan əksər Trans-Xəzər dəhlizi dövlətlərinin güclü qalması və inkişaf etməsi üçün region dövlətləri arasında birgə işləməyin vacibliyinə toxunub, bunun üçün regional əməkdaşlıq və ticarətin artırılmasının xüsusi önəmini qeyd edib. ABŞ Nəqliyyat komandanının region ölkələrinə təşəkkürünü ifadə edən kontr-admiral Laurens Cakson Trans-Xəzər dəhlizinin və həyata keçirilən əməkdaşlığın əhəmiyyətini önə çəkib. O, Əfqanıstanda həyata keçirilən beynəlxalq səylərin təminatı üçün Trans-Xəzər dəhlizinin xüsusi rolunu vurğulayıb. L.Cakson ötən il Azərbaycana səfərini xatırladaraq infrastruktur inkişaflarından mütəəssir olduğunu, o cümlədən qatarların Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gələrək buradan müasir üsullarla bərələr vasitəsilə daşınmasını müşahidə etdiyini vurğulayıb. O, ABŞ Nəqliyyat Komandanlığının Azərbaycan və dəhliz ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək istəyini ifadə edib. Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford Nəqliyyat Komandanlığının Azərbaycanla yaxın tərəfdaşlıq münasibətlərinə malik olduğunu, Komandanlığını Azərbaycanda yaradılmış imkanlar və dəstəkdən məmnunluğunu və bu münasibətləri qoruyub saxlamaq istədiyini ifadə etmişdi. Bundan sonra baş tutmuş panel müzakirələrində ölkəmizi təmsil edən Tranzit Daşımaları üzrə Əlaqələndirmə Şuranın ofis rəhbəri Elçin Əhmədov Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasəti, Dövlət Neft Şirkətinin rəsmisi Vitaliy Bəylərbəyov Azərbaycanın enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə danışıblar. V.Bəylərbəyov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizinin region və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb. Trans-Xəzər Forumunun növbəti tədbiri Dünya Bankında keçirilib. Tədbirdə çıxış etmiş Dünya Bankı Qrupunun icraçı direktoru Verner Qruber təmsil etdiyi qurumun Trans-Xəzər dəhlizi ölkələrində həyata keçirilən infrastruktur layihələrini, sərhəd-keçid və gömrük prosedurlarının asanlaşdırılmasını dəstəkləməyə hazır olduğunu qeyd edib. Daha sonra Trans-Xəzər dəhlizində fiziki infrastruktur və daşınmaların sürətləndirilməsi üçün Dünya Bankının ekspertləri ilə müzakirələr aparılıb. Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi Şahin İsmayılov çıxış edərək mövzu üzrə və ölkəmizin apardığı regional əməkdaşlıq barədə məlumat verib. Forumla bağlı növbəti tədbir Strateji və Beynəlxalq Araşdırmalar (Center for Strategic and İnternational Studies) və Boeing şirkəti tərəfindən təşkil olunan yüksək səviyyəli şam yeməyi formatında baş tutub. Tədbirdə dəhliz dövlətlərinin səfirləri, ABŞ administrasiyası nümayəndələri və biznes təmsilçilərinin iştirakı ilə regional siyasi, biznes və digər inkişaflar mövzusunda müzakirələr keçirilib. Tədbirdə Boeing şirkətinin nümayəndəsi Azərbaycanın regional nəqliyyat “qovşağ”ına çevrilməkdə olduğunu vurğulayıb. Xatırladaq ki, Forumun əsas məqsədi Trans-Xəzər nəqliyyat dəhlizi dövlətləri – Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan və Türkmənistan – tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır