Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

k yarımillikdə Azərbaycanda daşınan yüklərin həcmində artım qeydə alı

2017-ci ilin birinci yarısında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 109 mln. 129,4 min ton təşkil edib. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Statistik məlumatlara görə, birinci yarımillikdə qeyri-neft yükdaşımalarının həcmi 4,5% – 82,1 mln. tona qədər artıb. Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 80,6%, dövlət sektorunun payına 19,4% düşüb. Birinci yarımillikdə qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,1% azalıb. Hesabat dövründə dəmir yolu ilə 7 mln. 222,7 min ton yük (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da 2016-cı ilin yanvar-iyun aylarının göstəricisindən 2% çoxdur. Cari ilin I yarısında respublikanın dəniz nəqliyyatı ilə 3 mln. 937,1 min ton (artım 49,9%), avtomobil nəqliyyatı ilə 68 mln. 611,2 min ton (artım 2,2%), hava nəqliyyatı ilə 76,8 min ton (artım 7%) müxtəlif növ yük daşınıb. Bu dövrdə daxili neft kəmərləri ilə 21 mln. 52,7 min ton neft (azalma 6,9%) nəql edilib. 16 mln. 474,7 min ton neft və ya nəqlin bütün həcminin 78,3%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşınıb. 2017-ci ilin yanvar-iyun aylarında BTC neft kəməri ilə 3 mln. 263 min ton tranzit neft nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır