Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

var-may ərzində TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi ar

2017-ci ilin yanvar-may aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 21 mln. 395,2 min ton təşkil edib. Bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 8% çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, TRACECA çərçivəsində yüklərin 5 mln. 580,6 min tonu və ya 26,1%-i dəmir yolu nəqliyyatı, 12 mln. 941 min tonu və ya 60,5%-i avtomobil nəqliyyatı, 2 mln. 873,6 min tonu və ya 13,4%-i dəniz nəqliyyatının payına düşüb. Yanvar-may aylarında TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 4 mln. 188,4 min ton və ya 19,6% tranzit yüklərin payına düşüb. Bu isə ötən ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə  44,9%) artım deməkdir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir. Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır