Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı Koordinasiya Şurası yaradıl

Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib. Görüşdə yük və sərnişin daşımalarının inkişafı üzrə təkliflər, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri, Rəşt-Astara dəmir yolunun tikintisi, eləcə də müxtəlif layihələrin reallaşması üzrə qarşılıqlı dəstək və digər məsələlər müzakirə edilib. Söhbət zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin icrası istiqamətində görülən işlərdən danışılıb. C.Qurbanov bildirib ki, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər 8,3 kilometr uzunluğunda birxətli dəmir yolu çəkilib. Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi artıq başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir. Bu istiqamətdə də işlər davam etdirilir. C.Qurbanov qeyd edib ki, Azərbaycanın və İranın dəmir yolları üzrə müvafiq qurumları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı” layihəsi üzrə müqavilə də imzalanıb. Müqavilə İran ərazisində 1,4 kilometrlik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik 4 terminalın tikintisinin “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə reallaşmasını nəzərdə tutur. Müqaviləyə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC 1,4 kilometrlik dəmir yolu xəttini 15 illik, terminalları isə 25 illik müddətə icarəyə götürür. “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib. O, bu marşruta yük axınının cəlb olunması üçün bütün imkanları səfərbər etməyin vacibliyini bildirib. Görüşdə Azərbaycan tərəfinin təklifi ilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımalarının həcminin artırılması məqsədilə mərkəzi Bakıda olmaqla Koordinasiya Şurasının yaradılması barədə razılıq əldə olunub. Sonda hər iki qurum arasında “Dəmir yolu ilə beynəlxalq yük daşımalarında məlumatların elektron mübadiləsi haqqında” saziş imzalanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır