bəkistan Kurik limanı üzərindən daşımalar həyata keçirə
Qazaxıstan və Özbəkistan Kurık limanından yük daşımalarının təşkili məsələsini müzakirə ediblər. Daşkənddə “Qazaxıstan Dəmir Yolları”-nın rəhbəri Kanat Alpısbayev və Özbəkistan Baş nazirinin müavini, “Özbəkistan Dəmir Yolları” şirkətinin sədri Açilbay Ramatov arasında görüş baş tutub. Görüşdə Özbəkistanın Kurık limanı üzərindən yük daşımalarda iştirakı əsas müzakirə mövzusu olub. Hazırda Kurik limanından yüklər Azərbaycan, Rusiya və İran limanlarına çatdırılır. Bundan başqa, görüş zamanı dəmiryolu nəqliyyatı sahəsində gələcək inkişaf ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər çevik tarif siyasəti, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərindən yüklərin həcminin artırılması, konteyner daşıyan qatarların və Qazaxıstanın dəmiryolu tikinti məhsullarının Özbəkistana çatdırılması məsələlərini müzakirə ediblər. Həmçinin , ölkələr Özbəkistan istehsalçılarının meyvə və tərəvəz daşımalarının Rusiya, eləcə də Mərkəzi Asiya ticarət evinin tələbinə uyğun vaxtında aparılmasına dair razılığa gəliblər. “Qazaxıstan Dəmir Yolları” şirkətinin verdiyi məlumata görə, 2017-ci ilin yanvar-iyun aylarında iki ölkə arasında dəmiryolu nəqliyatı ilə daşınan yüklərin həcmi 7,554 milyon ton təşkil edib. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 4 faiz çoxdur.