Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

TRACECA ilə I yarımillikdə yükdaşımadan gəlir artıb

2019-cu ilin I yarısında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% - 311 mln. 628,7 min manatadək artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycan bu nəqliyyat dəhlizi ilə yük daşımalarından 104 mln. 230,8 min manat gəlir (artım 12,7%) əldə edib.

Cari ilin yanvar-iyun ayları ərzində Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 70 mln. 892,3 min manat (artım 8%) məbləğində olub.

Xəbər verildiyi kimi, 2019-cu ilin I yarısında TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 25 mln. 141,6 min ton yük, o cümlədən 4 mln. 56,5 min ton tranzit yük daşınıb.

Bu dövrdə TRACECA ilə 173 mln. 752,7 min nəfər sərnişin daşınıb.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.

Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.

“İnterfaks-Azərbaycan” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır