Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Kurık limanında "Azərbaycan" gəmi-bərəsinin təntənəli qarşılanma mərasimi olub

Mayın 7-də  Ələtdə yerləşən Bakı  limanından yola düşən “Azərbaycan” gəmi-bərəsi  mayın 8-də  Qazaxıstanın Kurık limanına çatıb.

 Limanda gəminin qarşılanma mərasimi keçirilib. Tədbridə ölkəmizin Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunun başçısı Elmar Məmmədov, Mangistau vilayət  Akiminin  müavinləri  Bekbol Orınbasarov və Abzal Mendibayev,  Qazaxıstan Dəniz limanları administrasiyasının rəhbəri Nurbol Ermanov,  Kurık limanının direktoru Serik Axmetov  iştirak ediblər.

 Qazaxıstanın rəsmi şəxsləri kapitan  Ayaz Pirmuradovu Ro-Pax tipli “Azərbaycan” gəmisinin həyata keçirdiyi ilk səfər münasibətilə  təbrik ediblər. Tədbirdə  bildirilib ki,  yeni gəminin ilk səfərinin məhz  Kurık limanına olması  bütün Mangistau vilayəti üçün xoş bir hadisədir.

 Qazaxıstanın Aktau şəhərindəki Azərbaycan Baş Konsulluğunun başçısı Elmar Məmmədov da öz növbəsində Azərbaycan istehsalı olan yeni gəmi-bərənin ilk səfərinin əhəmiyyətindən danışıb. Diplomat  bildirib ki, Azərbaycanda tikilib istifadəyə verilən yeni gəmi-bərə  Şərq-Qərb Nəqliyyat Dəhlizinin bir hissəsi olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyətinə də öz  töhfəsini verəcək.

 Kurık limanının direktoru Serik Axmetov gəmi kapitanına "Azərbaycan" gəmi-bərəsinə hədiyyə olaraq rəsm əsəri təqdim edib. Sonra tədbir iştirakçıları “Azərbaycan” gəmi-bərəsinə baxış keçirib, onun imkanları ilə yaxından tanış olublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır