Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Gürcüstandan Türkiyə limanlarına daşınan yükün həcmi açıqlanıb

2022-ci ilin yanvar-iyun aylarında Gürcüstandan Türk limanlarına 1 milyon 212 min 610 ton yük daşınıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Türkiyə bayrağı altında üzən gəmilər Gürcüstandan limanlara 545 min 833 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 666 min 777 ton yük çatdırıb.

Bu müddət ərzində Gürcüstan bayraqlı gəmilərlə Türkiyə limanlarına heç bir yük çatdırılmayıb. 2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanlarına Gürcüstandan 734 min 764 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında Türkiyə limanları 32 milyon 855 min 544 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 331 min 858 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 523 min 686 ton olub. Bununla yanaşı, 2022-ci ilin iyun ayında Türkiyə limanlarından 6 milyon 317 min 831 ton transit yük daşınıb.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanları 197 milyon 219 min 172 ton yük qəbul edib.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 13 milyon 766 min 377 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 183 milyon 452 min 795 ton təşkil edib.

Yanvar-iyun aylarında Türkiyə limanlarından 41 milyon 599 min 585 ton tranzit yük daşınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır