Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Yanvar-iyun aylarında Birləşmiş Krallıqdan Türk limanlarına 3 milyon tondan çox yük daşınıb

2022-ci ilin yanvar-iyun aylarında Birləşmiş Krallıqdan Türk limanlarına 3 milyon 317 min 104 ton yük daşınıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Birləşmiş Krallıqdan limanlara 35 min 954 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 3 milyon 250 min 358 ton yük çatdırıb.

Bu müddət ərzində Birləşmiş Krallıq bayraqlı gəmilərlə Türkiyə limanlarına 30 min 792 yük çatdırılmayıb. 2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanlarına Birləşmiş Krallıqdan 919 min 56 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında Türkiyə limanları 32 milyon 855 min 544 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 331 min 858 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 523 min 686 ton olub. Bununla yanaşı, 2022-ci ilin iyun ayında Türkiyə limanlarından 6 milyon 317 min 831 ton transit yük daşınıb.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanları 197 milyon 219 min 172 ton yük qəbul edib.

2022-ci ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 13 milyon 766 min 377 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 183 milyon 452 min 795 ton təşkil edib.

Yanvar-iyun aylarında Türkiyə limanlarından 41 milyon 599 min 585 ton transit yük daşınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır