Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Sindao limanından Avropaya yeni konteyner xətti açılıb

Sentyabrın 14-də Sindao (ÇXR) limanında Vladivostok limanı vasitəsilə Qərbi Avropaya yeni konteyner ekspress xəttinin açılış mərasimi keçirilib. İlk 13 milyon dollar dəyərində yükün (şinlər, gündəlik tələbat malları, kosmetika, avtomobil hissələri) dörd gün ərzində Vladivostoka çatacağı gözlənilir.

Bu barədə “Telegram”-da Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəliyi məlumat yayıb.

Mərasimdə iştirak edən Çin rəsmiləri qeyd ediblər ki, bu intermodal marşrut Sindaodan qərbə Avropaya qədər logistikanı əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. “Buraxılış qabiliyyəti 3 dəfə artacaq, dəmir yolu ilə daşıma ilə müqayisədə gediş vaxtı 2 dəfə qısalacaq və müəssisələrin xərcləri azalacaq”, - məlumatda deyilir.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır