Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Misirdə saxlanılan rus dənizçiləri konsulla görüşüblər

Misirin İsgəndəriyyə limanında saxlanılan “Soy” gəmisinin kapitanı və kapitanın baş köməkçisi konsulla görüşüb. Bu barədə cümə axşamı TASS-a Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından məlumat verilib.

Bundan əvvəl Rusiya Federasiyasının İsgəndəriyyədəki Baş Konsulluğu Rusiya diplomatlarının Aralıq dənizi sahilində yerləşən İsgəndəriyyə şəhərində həbsdə olan rus dənizçilərinə konsulla görüşmələri barədə Misir hakimiyyəti ilə razılığa gəldiyini bildirmişdi.

"Nəhayət, dənizçilərin, hüquqşünasın, Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının Misirdəki nümayəndəsinin, konsulun və tərcüməçinin üzbəüz görüşü baş tutdu. Onlara əşyalar, yeməklər verilib və öz qohumları ilə danışmağa şərait yaradılıb”, - həmkarlar ittifaqı bildirib.

Həmkarlar İttifaqı əlavə edib ki, onların işi üzrə istintaq davam edir, Misir Baş Prokurorluğuna vəkil sorğusu göndərilib.

Rusiya Dənizçiləri Həmkarlar İttifaqının məlumatına görə, noyabrın 4-də “Soy “gəmisi İsgəndəriyyə limanında boşaldılarkən konteynerlərin üçündə 28 ton “Tramadol” tibbi preparatı aşkar edilib. Bu dərman, Misir hakimiyyətinin bəyanatına görə, ölkədə qadağandır. Dənizçilər, o cümlədən beş Rusiya və üç Bolqarıstan vətəndaşı saxlanılıb. Misir hüquq-mühafizə orqanları yalnız iki rus dənizçisinə - “Soy” gəmisinin kapitanına və kapitanın baş köməkçisinə ittiham irəli sürüblər.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır