Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-04,
Seanews
Heyder Eliyev

Hörmüz boğazında Barbados bayrağı altında üzən tanker vurulub

Hörmüz boğazında Barbados bayrağı altında üzən “Grit” supertankeri naməlum mərmilərlə vurulub. Hadisə noyabrın 3-də, saat 19:00-da (UTC) Oman sahillərində, Limah limanından 14 dəniz mili şimal-şərqdə baş verib.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Dəniz təhlükəsizliyi üzrə “Vanguard Tech” şirkətinin məlumatına görə, iki naməlum mərmi tankerin mühərrik bölməsinə düşüb. Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəminin hazırkı vəziyyəti və zərərin miqyası barədə məlumat yoxdur.

23 yaşlı “Grit” supertankeri Honkonqda qeydiyyatdan keçmiş “Guangjie Shipping” şirkətinə məxsusdur və “Yearn Marine” tərəfindən idarə olunur. Gəminin İranın Fars körfəzi Boğazı İdarəsinin (PGSA) tələblərə əməl etməyən gəmilər siyahısında olduğu bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır