Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-04,
Seanews
Heyder Eliyev

“Villa Vie Odyssey” kruiz gəmisinin kreditorlar tərəfindən ələ keçirildiyi bildirilir

Kambocada sərnişinlərinin gəmini tərk etməsindən bir neçə gün sonra “Villa Vie Odyssey” kruiz gəmisinin kreditorlar tərəfindən ələ keçirildiyi bildirilir. Gəmi noyabrın 4-də gecəyarısı Kambocadan hərəkətə başlayıb.  

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, gəminin avtomatik identifikasiya sistemi (AIS) onun Sinqapura istiqamət aldığını göstərir. Məlumatlara görə, maliyyə qurumları gəminin ələ keçirilməsi təşəbbüsü ilə çıxış edib və onun Sinqapurda istismardan kənar saxlanılmasını istəyib. Gəminin hərrac yolu ilə satıla biləcəyi də ehtimal olunur. Lakin bu məlumatlar hələ rəsmi təsdiqini tapmayıb.

Gəminin keçmiş sakinlərinin əksəriyyəti hazırda Kambocada qalır. Onların bir qismi şəxsi əşyalarının gəmidə olduğunu bildirir. Sərnişinlər oktyabrın 27-də cəmi bir neçə saat ərzində gəmini tərk etməyə məcbur ediliblər. Onların Kambocada yerləşdirilməsi üçün yerli hakimiyyət orqanları kömək göstərib.

“Villa Vie Residences” şirkətinin rəhbərliyi bildirib ki, gəminin ələ keçirilməsi layihənin başa çatması demək deyil. Şirkət gəminin yenidən maliyyələşdirilməsi və fəaliyyətinin bərpası üzərində işlədiyini açıqlasa da, bunun mümkün olacağına zəmanət verməyib.

Məlumata görə, layihənin maliyyə çətinlikləri, ödənilməmiş borclar və ekipaj üzvlərinin əmək haqlarının gecikməsi ilə bağlı problemlər yaranıb. Sərnişinlərdən dəfələrlə əlavə vəsait yatırmaları istənilib. Şirkət fəaliyyətin çətinləşməsinin əsas səbəbi kimi yanacağın qiymətinin kəskin artmasını göstərib.

1993-cü ildə İspaniyada inşa edilən “Villa Vie Odyssey” əvvəllər “Braemar” adı ilə üzürdü. Gəmi 2024-cü ildə “Villa Vie” şirkəti tərəfindən alınıb və həmin il oktyabrın 3-də 3,5 illik dünya səyahətinə başlayıb. Səyahət çərçivəsində gəmidə təxminən 200 sakin olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır