Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“NYK “Panamax” quru yük gəmisi kömür daşıyacaq

Yaponiyanın “Nippon Yusen Kabushiki Kaisha” (“NYK”) gəmiçilik şirkəti mayeləşdirilmiş təbii qazla (LNG) işləyən dünyanın ilk “Panamax” dəniz kömür daşıyıcısını sifariş edib. Quru yük gəmisinin tikintisində “Kyushu Electric Power Co., Inc.” (Kyuden) də iştirak edib.

“Seanews.az”-ın məlumatına görə, gəminin təhvil-təslim mərasimi “Oshima Shipyard Co., Ltd”-nin “Koyagi gəmiqayırma zavodunda baş tutub. Mayeləşdirilmiş təbii qazla ilk bunkerdən sonra “Shoyo” gəmisi kömür daşımağa başlayıb.

Bunker əməliyyatı oktyabrın 12-də Tobata limanında baş tutub. Gəmi təbii qaz mühərriki yanacağı ilə birbaşa “Kitakyushu Liquefied Natural Gas Co., Inc” sahil stansiyasında qaz daşıyıcılarından yanacaqla doldurulub. Yaponiya üçün bu, LNG ilə işləyən gəminin ilk bunkeri idi.

Layihə həmçinin LNG bunker gəmisindən “bortdan-borta” əsasında yanacaq təchizatını nəzərdə tutur. Belə bir gəmi 2024-cü ilin martından “Shoyo”ya yanacaq doldurmağa başlayacaq.

“NYK” tərəfindən idarə olunan yük gəmisi Yaponiyaya idxal edilən kömürün Kyudenin kömürlə işləyən elektrik stansiyalarına çatdırılması üçün istifadə olunacaq.

Daimi qeydiyyat limanı Matsuura (Yaponiya) olan kömür daşıyıcısının uzunluğu 235 metr, eni 38 metr, ümumi tutumu  95233 tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır