Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-15,
Seanews
Heyder Eliyev

Hörmüz boğazı yaxınlığında iki yük gəmisi batıb

Hörmüz boğazı yaxınlığında ayrı-ayrı insidentlərdə mərmilərlə vurulan konteyner gəmisi və quru yük gəmisi batıb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Bildirilir ki, Sinqapur bayrağı altında üzən “GFS Pride” konteyner gəmisi oktyabrın 13-də boğazdan keçərkən zədələnib və göyərtəsində yanğın baş verib. Sinqapurun Dəniz və Liman Administrasiyasının məlumatına görə, gəminin 21 nəfərlik heyəti təhlükəsiz şəkildə təxliyə olunub, xəsarət alan olmayıb.

Antiqua və Barbuda bayrağı altında üzən “Cape Dao” quru yük gəmisi isə sentyabrın 23-də mərmi zərbəsinə məruz qaldıqdan bir neçə həftə sonra batıb. Hadisə zamanı bir ekipaj üzvü həlak olub, digər heyət üzvləri təxliyə ediliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır