Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Avropada barj sahibləri və operatorları diqqətlərini konteyner daşımalarından maye yüklərin daşınmasına yönəldiblər

Avropada barj sahibləri və operatorları diqqətlərini konteyner daşımalarından maye yüklərin daşınmasına yönəldiblər. Buna konteyner daşınması üçün aşağı yük tarifləri təsir edib. Eyni zamanda, maye yüklərin daşınması üçün yük tarifləri bir neçə dəfə yüksəkdir.

“Seanews.az” bu barədə “The Loadstar” nəşrinə istinadən xəbər verir. 

“Avropa daxili su yollarında yüklənmiş konteynerlərin həcmi kiçikdir; bu bazar seqmentində hazırda real tələbatın olduğu yeganə şey boş konteynerlərin daşınmasıdır. Biz görürük ki, bir çox barj sahibləri toplu və konteyner yüklərindən imtina edərək hazırda yüksək tələbat olan maye yüklərə üstünlük verirlər,” – deyə nəşr öz mənbəsindən sitat gətirir.

Toplu və konteyner yüklərinin daşınması üçün çay gəmilərinin yük tarifləri indi gündə 2,8 min avrodan 3,2 min avroya qədərdir, toplu mayelərin daşınması üçün barjların tarifləri isə demək olar ki, üç dəfə yüksəkdir:8-9 min avro.

Daxili su yollarında konteyner daşımalarına tələbatın azalmasına baxmayaraq, Antverpen və Rotterdam limanlarında 24 saata qədər gecikmələr qeydə alınıb. Bundan əlavə, az yağıntı ilə çaylarda və kanallarda suyun səviyyəsi azalır, bu da bəzi konteyner barjlarının operatorlarının əlavə ödənişlər tətbiq etməsinə səbəb olur.

"Gəmi yüklərinin azalması səbəbindən indi əlavə tonaj icarəyə götürülməlidir",- deyə operatorlardan biri olan “Contargo” vəziyyəti izah etdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır