Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Çin gəmiqayırma sahəsində liderdir

İyul-sentyabr aylarında Çin müəssisələri ümumi tutumu 9,61 milyon ton olan gəmilər inşa ediblər.

“Seanews.az” xəbər verir ki, inşa ediləcək gəmilərin ümumi dedveyti 133,93 milyon tondur. Bunun 19,67 milyon tonunu üçüncü rübdə verilən sifarişlər təşkil edir.

Çin üç əsas göstəricinin hər biri üzrə dünyada liderdir və rəqəmlər durmadan artır. Çin Milli Gəmiqayırma Sənayesi Assosiasiyasının rəhbəri Li Yansinin sözlərinə görə, gəmiqayırma şirkətləri istehsalı modernləşdirir, yeni texnologiyalar tətbiq edir, bu, müəssisələrin səmərəliliyinə və gəlirliliyinə müsbət təsir göstərir.

Bu ilin yanvar-avqust ayları ərzində sənayenin ümumi gəliri 23,2% artaraq 373,8 milyard yuan olub, mənfəət isə 191% artımla 12,8 milyard yuanı keçib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır