Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

İsrailin limanları təhlükəli yük daşıyan gəmilərin qəbulunu dayandırıb

İsrailin Hayfa və Aşdod limanları təhlükəli yük daşıyan gəmilərin qəbulunu dayandırıb.

Bu barədə Türkiyənin "Ekonomim" qəzeti yükdaşıyıcılara istinadən məlumat yayıb.

Belə ki, “Maersk” şirkəti müştərilərinə bildirib ki, onun iki gəmisinin yükü ötən həftə sonu Hayfada boşaldılıb, lakin İsrail bundan sonra belə yükləri qəbul etməyəcək. Təhlükəli yüklərin qəbuluna məhdudiyyətlər tətbiq edilib. Bəzi daşıyıcılar artıq yola düşmüş gəmiləri başqa limanlara göndərməyə və ya yükləmə limanlarına qaytarmağa məcbur olurlar.

Bundan əlavə, Yaxın Şərqdəki döyüşlər səbəbindən bəzi daşıyıcılar İsrail limanlarına gedən yüklər üçün tariflərini artırıblar. İndi əlavə risk sığortası üçün bir konteynerə görə 50-100 dollar daha çox ödənilməlidir. Bu təcrübə hələ geniş yayılmayıb, lakin nəşrin yazdığı kimi, bir çox regional gəmi sahibləri tezliklə artan rüsumlar tətbiq etməyi planlaşdırırlar.

“Ekonomim” yazır ki, münaqişə fonunda Türkiyədən Fələstinə göndərilən yüklərin həcmi sıfra enib, İsrailə isə 50%-dən çox azalıb. Eyni zamanda, ənənəvi olaraq bütün yük axınının 90%-i dəniz nəqliyyatı ilə təmin edilir. Qeyd olunur ki, Fələstin üçün yüklərin bir hissəsi əvvəllər İsrail limanları vasitəsilə çatdırılıb. Qəzet qeyd edir ki, bölgədə vəziyyətin gərginləşməsinin başlaması ilə bir çox ixracatçı İsrailə mal göndərməyi dayandırıb, çünki orada onları qəbul edəcək heç kim yoxdur.

Bundan əlavə, bəzi türkiyəli ekspertlər beynəlxalq logistikanın ciddi şəkildə pozulacağından qorxurlar, çünki Hayfa limanı malların Asiyadan Avropaya və Türkiyədən xarici bazarlara daşınması üçün mühüm regional daşıma məntəqəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır