Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Qaz kəmərinin zədələnməsində konteyner gəmisindən şübhələnirlər

Estoniya-Finlandiya “Balticconnector” qaz kəmərinin zədələnməsində Çin gəmisinin günahı ola bilər.

"Seanews.az" bu barədə“İnterfax”a istinadən xəbər verir.

Marine Traffic dəniz analitikası veb-saytından əldə edilən məlumatlar göstərir ki, taleyüklü həftə sonu çinlilərə məxsus və Honkonq bayrağı altında üzən “Newnew Polar Bear” konteyner gəmisi boruya daha da yaxınlaşıb/

Hökumət rəsmiləri bildiriblər ki, şübhəlilər haqqında məlumatlar qeyri-müəyyəndir. Bu səbəbdən estoniyalılar hələ diplomatik səviyyədə çinlilərə müraciət etməyiblər Rəsmi şübhəlilər olmadığına görə onlardan tələb olunacaq bir şey yoxdur.

Şanxaydan qayıdan “Newnew Polar Bear” konteyner gəmisi (Kalininqradda aralıq dayanacaqla) Sankt-Peterburq limanına gedirdi. Konteyner gəmisi 11 düyün sürətlə hərəkət edirdi, lakin naməlum səbəbdən yerli vaxtla saat 1.19-da “Baiticconnector”-a yaxınlaşarkən sürəti 9.5 knot-a qədər azalmağa başlayıb. Saat 1.24-də gəminin sürəti yenidən 11 düyündən çox qeydə alınıb. Qəzet yazır ki, bu müddət ərzində gəmi qaz kəmərini keçib.

Oktyabrın 8-də Finlandiyanın qaz şəbəkəsi operatoru “Gasgrid Finland” və Estoniyanın qaz şəbəkəsi operatoru “Elering” dənizdə qaz kəmərində qeyri-adi təzyiq enişini müşahidə ediblər. Üzərindəki klapanlar hər iki tərəfdən bağlanıb və sızma dayandırılıb. Mütəxəssislər istisna etmirlər ki, hadisəyə səbəb fırtınalı havada lövbəri “Baiticconnector”a ilişən  və Finlandiyanın iqtisadi zonasında boru kəmərini zədələyən gəmi ola bilər. Onların fikrincə, qaz kəmərinin təmiri bir neçə ay, təxminən aprel ayına qədər çəkə bilər.

Qeyd edək ki, “Balticconnector”-un Estoniyanın Paldiska şəhərindən Finlandiyanın İnkoo şəhərinə qədər olan sualtı hissəsinin uzunluğu 77 kilometrdir. Qaz kəməri 2020-ci ildə istismara verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır