Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çinə gedən tankerə hücum olub

Yəmən husiləri Qırmızı dənizdə Çinə doğru hərəkət edən "MT Bentley I" tankerinə hücum edib.

Məlumata görə İsrailə məxsus gəmi Panama bayrağı altında Rusiyadan Çinə bitki yağını nəql edirdi. Bu barədə ABŞ-ın Silahlı Qüvvələri Komandanlığı xəbər verib.

Hücum üçün husilər 3 suüstü gəmidən istifadə ediblər. Onlardan biri heyətsiz olub. Digər ikisinin qayıq olduğu bildirilir.

Daha sonra Yəmən istiqamətindən tankerə tərəf gəmi əleyhinə ballistik raketin buraxıldığı deyilir. Gəminin zədələnməsi və xəsarət alanlar barədə məlumat yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır