Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-31,
Seanews
Heyder Eliyev

Fırtına nəticəsində konteyner gəmisindəki yükün bir qismi dənizə düşüb

Güclü fırtına nəticəsində MSC-yə məxsus 4432 TEU tutumuna malik "MSC Houston V" konteyner gəmisinin yükünün bir qismi dənizə düşüb. 

"Seanews.az" xəbər verir ki, hadisə konteyner gəmisi Yunanıstanın Pire Limanından İngiltərənin Liverpul şəhərinə gedərkən Portuqaliya sahillərində baş verib. 

Fırtına zamanı ən azı 15 konteynerin dənizə düşdüyü, bir çox konteynerin isə zədələndiyi bildirilir. 

Hadisədən sonra "MSC Houston V" İspaniyanın Viqo limanında dayanmalı olub. Viqo limanı rəsmiləri konteynerlərin təhlükəsiz şəkildə yenidən yerləşdirilməsi üçün plan hazırladıqlarını açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır