Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-19,
Seanews
Heyder Eliyev

Anakliya dərin dəniz limanı planlaşdırıldığından bir il tez gəmiləri qəbul edə bilər

Gürcüstanın qərbində Anakliya kurort kəndində dərin su limanının tikintisi layihəsi sürətlə davam edir.

“Seanews.az” xəbər verir ki, Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib ki, ilk gəmilər limana 2028-ci ilin əvəzinə, 2027-ci ilin sonunda gələ bilər.

"Hesab edirəm ki, biz investorları gözləmədən dövlət üçün kritik infrastruktur yaratmaqda düzgün qərar verdik. Biz limanı ardıcıl olaraq inkişaf etdiririk - bu infrastrukturun yaradılması nəticəsində bizim tərəfdaşlarla ünsiyyət üçün xeyli əlverişli şərait yaranacaq", - nazir bildirib.

Xatırladaq ki, Anakliya dərinsulu limanının tikintisinə başlanılması mərasimi 2024-cü il oktyabrın 22-də baş tutub. Anakliya limanının dəniz infrastrukturunu Belçikanın “Jan De Nul” şirkəti inşa edəcək. Limanın özü Çin-Sinqapur konsorsiumu “China Communications Construction Company” tərəfindən tikiləcək. Layihənin birinci mərhələsi başa çatdıqdan sonra Anakliya limanı ildə 600 min konteyner qəbul edə biləcək. Layihənin təxmini dəyəri 600 milyon dollardır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır